backend

Yeni avtobuslar istifadəyə verildi

Yeni avtobuslar istifadəyə verildi























Avtobuslar hələlik yalnız bir xətt üzrə istismara buraxılıb

Bakıya gətirilən yeni avtobuslar artıq istifadəyə verilib.

qaynarxett.az xəbər verir ki, yeni avtobuslar hələlik yalnız bir xətt üzrə istismara buraxılıb.

Yeni avtobuslar 65 saylı marşrut xətti üzrə səhərdən etibarən işə başlayıb. Xəttə çıxarılacaq avtobusların sayı hələlik əllidir. Saylarının artacağı istisna olunmur.

Xatırladaq ki, “Xaliq Faiqoğlu” MMC şirkətinin bağladığı müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib. Qalan hissəsi gələn ildən ölkəmizə gətiriləcək. Yeni avtobusların bir çox özəllikləri var. Yeni avtobuslarda kondisioner sistemi, əlil sərnişinlərin qalxıb-enməsi üçün ayrıca yer və avtobusun özünü tənzimləməsi kimi üstünlükləri var. İndi bəzi avtobuslarda sərnişinlərin qapıdan asılaraq getdiyinin şahidi oluruq. Yeni avtobuslarda belə bir hal mümkün deyil. Əgər qapılar bağlanmasa, avtobus hərəkət etmir. Onun daxilində kameralar mövcuddur. Həmçinin yeni avtobuslar ekoloji cəhətdən bir çox üstünlüklərə malikdir. Yanacağın yanması zamanı havaya artıq qazlar buraxılmır.