backend

Lavrov: Qərb bizim iqtisadiyyatımızı məhv etmək istəyir

Lavrov: Qərb bizim iqtisadiyyatımızı məhv etmək istəyir






















“Xalqın bu rejim altında necə pis yaşadığını hiss etməsi üçün...”

Qərb açıq şəkildə bəyan edir ki, sanksiyalar Rusiya iqtisadiyyatına qarşısıalınmaz ziyanın vurulmasına istiqamətlənib.

qaynarxett.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Bu sanksiyaların siyasi tərkibinə gəldikdə isə deyə bilərəm ki, indiyə qədər hər şeydən öncə BMT TŞ tərəfindən məcburi xarakter daşıyan tədbirlər tətbiq edilərkən, bizim Qərb tərəfdaşlarımız BMT-nin qərarlarını yerinə yetirməyən dövlət rəhbərlərinə dair sanksiyaların tətbiqinə və bu sanksiyaların əhaliyə hər hansı bir neqativ təsirindən qaçmağa çağıranların ön sıralarında idilər”, - Lavrov “Kommersant” qəzetinə verdiyi müsahibəsində deyib.

XİN rəhbərinin sözlərinə görə, Rusiya ilə bağlı halda diametral əks məntiq rəhbər tutulub.

“Aşkar şəkildə bəyan edilib ki, sanksiyalar Rusiya iqtisadiyyatına qarşısıalınmaz zərərin vurulmasına istiqamətlənib, qoy xalq bu rejim altında necə pis yaşadığını hiss etsin”, - o qeyd edib.

“Buradan aydındır ki, təklif mütləq şəkildə aşkardır və onu gizlətmək mümkün deyil. Düşünürəm ki, vətəndaşlarımız bizim hansı dövrdə yaşadığımızı və Rusiya Federasiyasına təzyiqin artmasına çalışanların hansı məqsədi güddüklərini anlayırlar”, - nazir əlavə edib.

Daha öncə ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Rusiyanın iqtisadi sabitliyində maraqlı olduğunu bəyan etmişdi.