backend

KÖŞƏ

KÖŞƏ















Cəmil Hacıyev

Ölkədə seçki yox təyinat var


Seçkili orqanlara total nəzarət iqtidarin əlindədir. Bu ilki bələdiyyə seçkilərində orta məktəb müəllimləri şou göstərdi.
Bələdiyyə seçkiləri geridə qaldı. Seçkilərdən yadda qalan növbəti dəfə xalqın səslərinin oğurlanması, seçki saxtakarlığını işıqlandıran jurnalsitlərin döyülməsi , təhqir olunması oldu. Seçkilərin saxtalaşdırılmasında orta məktəb müəllimlərinin etdikləri biyabırçılıqları heç bir sözlə ifadə eləmək olmur. O müəllimlər ki, bu millətin gələcəyinə təmiz əqidəli , mübariz, ədalətli, zülm və haqsızlığa qarşı prinsipiallliq, daim oxumağı və savadlı olmağı təbliq edir. Amma bu dəyərlər uşaqlara təbliq edən, daim düzgün olmağı şagirlərə aşlayan müəllimləri kim məcbur edir ki, belə saxtakarlıqda baş rolda olsunlar. Bu onun nəticəsidir ki, müəllimlər savadsizdir və aylıq 200 manat civarında aldıqları pulu göydən düşmə , məktəbi isə özlərinə elm məbədi deyil qazan yeri sayıllar. Buna görədə savadsız və YAP yolunda fədakarlıq edənləri seçib salırlar məntəqə komissiyalarına, burada onlara istədikləri əmrləri verillər. Özünə və ixtisasına hörmət edən müəllimələr bu saxtakarlıqda iştirak etməzlər. Normal ölkələrdə Təhsil naziri orta məktədə müəllimin jurnalistə hücumuna görə məsəsləyə aydınlıq gətirməli idi. Amma buda YAP-ın yeni gənc kadırı və onun idarəçiliyidir. Orta məktəb müəllimləri işini itirmək təhdidi ilə bir rayondan o rayona o birindən bu birinə göndərillər .
Sadə vətəndaşlar isə birinci dövürdən tutmuş dördüncü dövrə kimi nə bələdiyyə rəhbərliyini, nə bələdiyyə üzvülərini tanımırlar.Bəs bələdiyyələri xalq arasında belə hörmətsiz edən nədir?
Ümümilikdə bələdiyyələrin funksiyalrı , dövlətin müəyyən bir sahədə yaddan çıxardığı və ya yetərincə diqqət ayırmadığı problemləri aşkarlayıb bu problemləri həll etməkdən ibarət olduğu halda yalnız torpaq satmaqla xalqın yaddaşında qalıb . Bələdiyyələr icra hakimiyyətinin filialı rolunda çıxış edir. Sədr və üzvülər əvvəlcədən razılaşdıırlmış formada təyin edilir. Sonrada seçki yalnız şou xarakteri daşıyır. Buradan görmək olur ki, hakimiyyət bütün seçkili ordanlarda total nəzərəti həyata keçirir.Təyin edilmiş bələdiyyələr isə daim yuxarıların tapşırığı ilə hərəkət edirlər.
Bələdiyyə seçkilərinə ana müxalifətdə o qədər maraqlı görünmürdü. Prezident seçkilərində çəkilən zəhmətə görə ana muxalifətə nə xalq dəstək oldu nədə qərb. Üstəlikdə xalqın bələdiyyə seçkilərinə digər seçkilərinə nisbətdə o qədər maraqı olmur. Amma iqtidar seçkilərə demokratik don geyidrimək üçün heç bir sosial bazaya malik olmayan partiyaların nümayəndələrini seçkilərə təhrik etmişdi. Amma bu onu göstrədi ki, həmin partiyalara belədiyyə seçkilərində necə aldadıldılarsa parlament seçkilərində elə aldadılacaqlar.