backend

İlin ən yaxşı 10 futbolçusu müəyyənləşdi

İlin ən yaxşı 10 futbolçusu müəyyənləşdi

Məşhur “World Soccer” jurnalı 2014-cü ilin ən yaxşı 10 futbolçusunun adını açıqlayıb.

qaynarxett.az Qol.Az-a istinadən məlumatına görə, 100-dən çox idman jurnalistinin qatıldığı səsvermədə birinci Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo olub. O, 928 səs toplayıb. Manuel Noyer (Almaniya, "Bavariya") ikinci, Lionel Messi (Argentina, "Barselona") üçüncü pillədə qərarlaşıb.

Səsvermə zamanı ən çox səs toplayan 10 futbolçu aşağıda adları qeyd olunanlardır:

1. Kriştiano Ronaldo (Portuqaliya, "Real") - 928 səs
2. Manuel Noyer (Almaniya, "Bavariya") - 789 səs
3. Lionel Messi (Argentina, "Barselona") - 593 səs
4. Aryen Robben (Hollandiya, "Bavariya") - 458 səs
5. Tomas Müller (Almaniya, "Bavariya") - 354 səs
6. Filipp Lam (Almaniya, "Bavariya") - 264 səs
7. Xames Rodriqes (Kolumbiya, "Real") - 243 səs
8. Luis Suares (Uruqvay, "Barselona") - 218 səs
9. Anxel di Mariya (Argentina, "Mançester Yunayted") - 183 səs
10. Toni Kroos (Almaniya, "Real") - 168 səs