backend

Almaniya Hitler dövrünə qayıdır

Almaniya Hitler dövrünə qayıdır












Almaniyanın millətçi “Rie Rexte” partiyası yəhudilərlə bağlı Dortmund şəhərində sorğu keçirib.

İrqçi partiya Dortmundda neçə yəhudinin yaşadığını araşdırıb. Partiya rəsmisi Dennis Giemş partiya işçilərinin sözügedən sorğuya ehtiyac duyduqlarını deyib.

Sorğuya səbəb isə “Rie Rexte” partiyasının Almaniya Bələdiyyə Məclisinə təqdim etdiyi təklif layihəsi olub. Partiya sözügedən layihədə Almaniyanın nasistlər dönəmində olduğu kimi yəhudillərin hər məhəlləyə paylanmasını istəyib.

Partiyanın bu təklifi Almaniya Yəhudilər Mərkəzi Şurasının sərt reaksiyasına səbəb olub. Şura partiyanın təklifini təxribat adlandırıb və bunu yəhudi düşmənçiliyi olaraq qiymətləndirib. Millətçi partiyanın şəhərdə yaşayan yəhudilərin siyahısını istəməsi yəhudilər arasında da təşvişə səbəb olub.

Qeyd edək ki, azlıqların ayrı-seçkiliyə məruz qalması və şəxslərin etnik-dini mənşəyinə görə təsnifatı Almaniyada Hitler dövründə tətbiq olunub. Nasistlər dövründə Dortmunddan 2 min yəhudi toplama düşərgələrinə göndərilib və həyatını itirib.