backend

İlham Əliyev Myanma prezidentini təbrik etdi

İlham Əliyev Myanma prezidentini təbrik etdi






















“Bu xoş gündə dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”

Azərbaycan prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seynə məktub ünvanlayıb.

qaynarxett.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.