backend

İlk qaradərili senator öldü

İlk qaradərili senator öldü






















Edvard Bruk 1966-cı ildə Senata üzv seçilib

ABŞ Senatına seçilən ilk qaradərili, Massaçusetsdən olan respublikaçı Edvard Bruk 95 yaşında vəfat edib.

qaynarxett.az xəbər verir ki, bu barədə Associated Press agentliyi Respublika Partiyasına istinadən xəbər verib.

Edvard Bruk 1966-cı ildə Senata üzv seçilib. Bundan əvvəl o Massaçutetsdə baş prokuror vəzifəsində işləyib. O dövrlərdə ölkə irqçilik qalmaqalına bürünmüşdü.

Bruk Senatda 12 il işləyib. O Vyetnamda ordunun yığılmasına qarşı olub, eləcə də Uotergeyt skandalından sonra ABŞ Prezidenti Riçard Niksonun istefasını tələb edən ilk respublikaçı senator olub.

Ölümün təfərrüatları barədə məlumat verilməyib.