backend

Bakıda bir nəfər də olsun dilənçi qalmayacaq – AÇIQLAMA

Bakıda bir nəfər də olsun dilənçi qalmayacaq – AÇIQLAMA






















“Bizim xalq dilənçiyə pul verən xalqdır”

Dilənçilik qanundan kənar, ictimaiyyəti narahat edən bir məsələ kimi, Bakı polisinin daima diqqət mərkəzindədir. Dilənçiliklə mübarizə, onların yığışdırılması sahəsində olan tədbirlər mütəmadi olaraq davam etdirilir və bu kampaniya xarakteri daşımır.

qaynarxett.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif deyib.

Onun sözlərinə görə, qarşıdan gələn Bakı 2015 Avropa Oyunları ilə qədər daha ciddi işlər görüləcək:

“Hesab edirəm ki, ictimaiyyət də bunun nəticəsini müşahidə edəcək. Onu da bildirim ki, artıq bu sahədə nəticələr də göz qabağındadır və şəhərə çıxıb bunun real nəticələrini görə bilərsiniz”.

Q.Arif hesab edir ki, bu sahədəki qanunvericilikdəki kiçik boşluqlar mövcuddur:

“Dilənçiliklə məşğul olanlar əsasən uşaqlar və hamilə qadınlar olur, Ona görə onlara qarşı hər hansı bir sərt cəza tədbiri tətbiq etmək olmur. Onlar saxlanılırlar və müvafiq qaydada qeydiyyatda olduqları rayonlara göndərilirlər. Təəssüflər olsun ki, qanunvericilikdə olan boşluqlara görə, bir neçə gündən sonra onlar yenidən Bakıya qayıda və eyni əməllərə davam edə bilirlər”.

Bakı şəhər Baş Polis İdarəsinin rəsmisi dilənçiliklə mübarizə məsələsində maraqlı məqama da toxunub:

“Dilənçiliklə mübarizə məsələsində bir az subyektiv səbəblər də var. Bizim xalq dilənçiyə pul verən xalqıdır. Mənə elə gəlir ki, bunu aradan qaldırmağa mane olan əsas obyektiv səbəblərdən biri də məhz budur. Məsələn, Türkiyədə dilənçiyə pul verənə irad tuturlar, amma bizdə verməyənə az qala irad tuturlar. Yəni ictimaiyyət özü də başa düşməlidir ki, dilənçiyə pul verməsə, o olmayacaq”.