backend

Azərbaycanda ən çox qazanan maliyyə işçiləri olub

Azərbaycanda ən çox qazanan maliyyə işçiləri olub






















Dövlət Statistika Komitəsi məlumat yaydı

Ötən ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,7 min nəfər olub, onlardan 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 624,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, muzdla işləyənlərin 22,5%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2014-cü ilin 11 ayı ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 442,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.