backend

Ağdaşlılar Prezident Administrasiyasına yürüşə hazırlaşır...

  Ağdaşlılar Prezident Administrasiyasına yürüşə hazırlaşır...

















İşçisinin əməlləri barədə Qərib Məmmədova şikayət edildi...

Ağdaş Rayonu Nizami küçəsi 2/10 sakini Lələyev İbrahim Qüdrət oğlu tərəfindən redaksiyamıza göndərilən şikayət məktubunda deyilir:

"Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini Ağdaş Rayon şöbəsinin müdiri Tariyel Məmmədov öz maddi maraqlarına görə bizi süründürməçiliyə məruz qoyub. Bu korrupsiyaya qurşanmış məmurun qanunsuz hərəkətlərindən, özbaşınalıqlarından rayon sakinləri çox əziyyət çəkirlər ki, onun barəsində heç bir qanunu tədbir görən yoxdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənə bildirdilər ilk növbədə torpaq sahəsinin kadastr planı alınmalıdır. Buna görə mən hər iki torpaq sahəsinin sənədlərini Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin müdiri Tariyel Məmmədova özü dediyi kimi təqdim etdim. Bu işin vaxt aparacağını mənə bildirdikdə razılaşdım. Təxminən 1 ay 15 gündən sonra Tariyel Məmmədovun qəbuluna getdikdə mənə tez gəlmisən bir azda gözlə sənədləri baş idarəyə göndərmişəm növbəti həftə ora gedəndə sənədləri gətirəcəm dedi. Növbəti həftə onun qəbuluna gedəndə mənə eyni gözləməli olacaqsan cavabını verdikdə məndə onun sözünə şübhə yarandı. Buna görə maraqlandıqda məlum oldu ki, Tariyel Məmmədov sənədləri heç bir yerə göndərməyib yalan deyir. Buna etirazımı bildirdikdə başladı səsini başına atıb həyasızcasına qışqırmağa ki, çıx get hara istəyirsən şikayət et baş idarə sənədlərini qəbul

etmək istəmir, sənədlərin düz deyil.Beləcə bu yaramaz bürokratik ünsür olan Tariyel Məmmədov bizi süründürməçiliyə məruz qoyub. Guya hər iki torpaq sənədlərində səhvlik var. Ancaq hər iki torpaq sənədlərimiz tam qaydasındadır. Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 12 saylı qərarı ilə ayrılmışdır. İndi bu korrupsioner Tariyel Məmmədovun belə özbaşınalığının bir səbəbi var ki, o kadastr planı çıxarışını havayı vermək istəmir, buna görə süründürməçilik yaradır ki, istədiyi pulu ala bilsin. Bizim isə bu korrupsionerə veriləsi artıq pulumuz yoxdur, kasıb adamlarıq, kadasdr çıxarışı almaq istədiyimiz faktiki həyatyanı torpaq sahəmizdir.Mənim əsaslı etirazıma görə də Tariyel Məmmədov kobud rəftar edib həyasızlıq etdi ki, audio səs yazısı var.

Mən Tariyel Məmmədovun qanunsuz əməlləri barədə Prezidentə və Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, ərizəm obyektiv araşdırılıb qanunu tədbir görüləcək.Əks halda tədbir görülməzsə biz ailəliklə Prezident Administrsiyasına qəbula gedəcəyik belə olsa bəlkə şikayətimizi cənab Prezidentə çatdırarlar.

Mənim əlaqə telefonum; 070 735-42-56,

Tariyel Məmmədovun əlaqə telefonu; 051 575-65-73”