backend

Parisdə atışma: Olland təcili müşavirə keçirir– YENİLƏNİB + FOTO

Parisdə atışma: Olland təcili müşavirə keçirir– YENİLƏNİB + FOTO






















2 ölü, 20 yaralı

Fransa Prezidenti Fransua Olland Parisdəki vəziyyətlə bağlı təcili müşavirə keçirir. Bu barədə Le Monde məlumat verir.

qaynarxett.az-nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, müşavirədə Baş nazir Manuel Vals, DİN başçısı Bernar Kaznev və güc strukturlarının rəhbərləri iştirak edir.

13:39

Fransanın paytaxtı Parisdə atışma zamanı 2 nəfər həlak olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Sky News xəbər yayıb.

Bildirilir ki, ən azı 20 nəfər yaralanıb.

Polisin Fransanın Sena və Marna departamentində girov götürmüş iki kişi ilə danışıqlara başladığı bildirilir.

12:52

Charlie Hebdo jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinən şəxslər bu gün Parisin 50 kilometrliyində yerləşən Dammarten-an-Qoel adlanan yerdə girov götürüblər.

qaynarxett.az xəbər verir ki, bu barədə France Presse agentliyi məlumat yayıb.

Məlumata görə, fransız polisi terror aktını törətməkdə şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşlarını Parisin 50 kilometrliyin də təqib edir.


Daxil olan məlumata görə, onlar Dammarten-an-Qoel adlı yerdə avtomobil qaçırıblar. Hazırda 2 saylı avtomobil yolunda təqib gedir, atışma səsləri gəlir.

Parisdə atışma: Olland təcili müşavirə keçirir– YENİLƏNİB + FOTO

Parisdə atışma: Olland təcili müşavirə keçirir– YENİLƏNİB + FOTO