backend

Parisdəki antiterror yürüşü terrorçuların şousuna çevrildi

Parisdəki antiterror yürüşü terrorçuların şousuna çevrildi















Fransanın paytaxtı Parisdə Məhəmməd peyğəmbəri (s.a.s) təhqir edən jurnala qarşı keçirilən hücumda ölənlər üçün dünən "Terrora Qarşı Cümhuriyyət Yürüşü" keçirilib

qaynarxett.az-nun məlumatına görə, Avropa.info xəbər verir ki, aksiyanın başladığı Respublika Meydanına təkcə müxtəlif ölkələrin dövlət rəsmiləri gəlməyiblər. Maraqlı burasındadır ki, yürüşdə 100 minlərlə türkü qətlə yetirən PKK terror təşkilatının nümayəndələri də iştirak ediblər.
Mitinqin keçirildiyi meydanda yerləşən abidə üzərində Fransa bayrağının yanında PKK bayraqlarının olması diqqəti çəkib. Eyni zamanda mitinq zamanı PKK lideri Abdullah Öcalanın portretləri də qaldırılıb.
Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğu yürüşdə PKK-çılara heç bir müdaxilə edilməməsi olduqca maraqlıdır.