backend

Ukrayna əsgərləri Donetsk aeroportundan geri çəkildilər

Ukrayna əsgərləri Donetsk aeroportundan geri çəkildilər






















Tabur məlumat yayıb

“Azov” Taburu Ukrayna hərbçilərinin Donetsk aeroportunun ərazisini tərk etməli olduqlarını bildiriblər. Bu barədə taburun Facebook səhifəsində məlumat verilib.

“Donetsk aeroportunu müdafiə edən hərbçilər bir il öncə gözəl və müasir olan aeroportu təhvil verməli olublar”, - sosial şəbəkədə dərc edilən məlumatda yazılıb.

qaynarxett.az bu barədə Qazeta-ya istinadən xəbər verir.

Yanvar ayının 21-də - çərşənbə günü Ukrayna hərbçilərinin xüsusi əməliyyat nümayəndəsi Andrey Lısenko iddia edib ki, Donetskdə aeroportda xüsusi əməliyyat davam edir. Donetsk aeroportu ətrafında vəziyyət kəskinləşdiyi üçün Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov əməliyyat zonasına uçub.