backend

Canlı efirdə Azərbaycan manatını cırdılar – QUDURĞANLIQ - VİDEO

Canlı efirdə Azərbaycan manatını cırdılar – QUDURĞANLIQ - VİDEO






















Sevil-Sevinc bacıları tərəfindən müstəqilliyimizin rəmzinə qarşı təhqir

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində bu gün Azərbaycanın dövlət rəmzini təhqir edən hərkətə yol verilib.

qaynarxett.az xəbər verir ki, A24.az saytının yaydığı videodan məlum olur ki, aparıcılar, gənc müğənnilər - Sevil-Sevinc bacıları verilişin gedişatı zamanı mahnı ifa etməyə başlayır və bu zaman dövlət rəmzlərimizdən biri olan Azərbaycan manatına qarşı hörmətsizlik edirlər.

Belə ki, bacılardan biri kadr arxasından verilən Azərbaycan manatını alaraq, digərinə ötürür. Həmin bacı isə mahnı oxuya-oxuya manatı cırmağa başlayır.

Qeyd edək ki, milli valyuta müstəqil dövlətin əsas rəmzlərindən biri hesab edilir. Bundan başqa, milli valyutanın bilərəkdən zədələnməsi yaxud cırılması qanun qarşısında məsuliyyət nəzərdə tutur. Belə ki, Azərbaycan manatı, yəni, milli valyuta Azərbaycan Mərkəzi Bankına - dövlətə məxsusdur və manatın cırılması dövlətin əmlakına zərər vurulması hesab oluna bilər.

Həmin görüntünü təqdim edirik.