backend

Türkiyədə "erməni soyqırımı" qalmaqalı - CHP-li deputatlardan xəyanət (Foto)

Türkiyədə "erməni soyqırımı" qalmaqalı - CHP-li deputatlardan xəyanət (Foto)

















Türkiyədə “Soyqırımla üzləşin” plakatları ilə nümayişdə iştirak edən CHP millət vəkilləri Sezgin Tanrıqulu, Şəfəq Pavey və Umut Oranın intizam cəlb olunub olunmayacağı müzakirə olunur

qaynarxett.az Avropa.info-a istinadən xəbər verir ki, CHP-nin Beyoğlu rayonunun sədr müvini Barış Tınay 3 millət vəkilinin yanvar ayının 17-də Hrant Dink suiqəsdinin ildönümü münasibəti ilə “Üzləşin Hrantla, soyqırımla!” plakatlarının arxasında yürüdükləri səbəbilə onların intizama cəlb olunmasını tələb edib.

“Paralel dövlət”-i tənqid edən millət vəkillərini intizama cəlb edərək bir-bir partiya sıralarından kənarlaşdıran CHP qərargahında ərizə ilə müraciət edən Beyoğlu rayonunun sədr müvini Barış Tınay “Erməni soyqırımı” iddiasına dəstək verməyin CHP partiya proqramına uyğun gəlmədiyini bildirib.

Partiyanın proqramında soyqırım iddialarının qəbul olunmaz olduğunu xatırladan Tunay adları qeyd olunan 3 millət vəkilinin işinin partiya şurası tərəfindən yüksək intizam qurumuna göndərilməsini tələb edib.

Həmin ərizəni olduğu kimi sizə təqdim edirik.

Türkiyədə "erməni soyqırımı" qalmaqalı - CHP-li deputatlardan xəyanət (Foto)