backend

Camal Rəhimov Olimpiya oyunlarında iştirak üçün mübarizənin ilk mərhələsini keçdi

Camal Rəhimov Olimpiya oyunlarında iştirak üçün mübarizənin ilk mərhələsini keçdi


Çaparımız maksimal 50 xalı toplayıb.


Hal hazırda İspaniyada olan çaparımız Camal Rəhimov bu ölkədə keçirilən 13 mərhələli ibarət beynəlxalq reytinq yaşına (2 star ranking class) qatılır.

qaynarxett.az Oxu.Az-a istinadən xəbər verir ki, çaparımız 13 mərhələdən ibarət olan yarışın ilk mərhələsini keçərək maksimal 50 xalı toplayıb.

Qarşıda çaparımız digər 12 mərhələni keçməklə xallarının sayını artıraraq, Olimpiya oyunlarına vəsiqə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu yarış 2016-cı ildə Braziliyanın Rio de Janeiro şəhərində keçiriləcək Olimpiya oyunlarında iştirak üçün xal qazandırır.