backend

Göyçayda İcra Hakimiyyətinin qarşısında aksiya


 Göyçayda İcra Hakimiyyətinin qarşısında aksiya




Göyçay rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib.



qaynarxett.az xəbər verir ki, bu barədə musavat.com-a hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib.

O, deyib ki, fevralın 8-də saat 11-30 radələrində Göyçay sakinləri işıq və su problemləri ilə bağlı etirazlarını bildirmək üçün Göyçay İcra Hakimiyyətinin qarşısına yığışıblar.

Taleh Xasməmmədovun sözlərinə görə, İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev etiraza qalxan sakinlərin İH-nin böyük akt zalına toplanmasına göstəriş verib:

“4 gündür ki, Göyçayda 400 ailənin işığı naməlum səbəblərdən kəsilib. Göyçay Elektrik Şəbəkəsinin rəisi – yeni icra başçısı Mübariz Ağayevin dayısı oğlu Mövsüm Ağayev vətəndaşları ciddi narazı salıb. Bundan bezən sakinlər ondan icra başçısına şikayət etməyə gəliblər. Onları icra başçısının müavini dinləyib.

Bundan əlavə sakinlər iki gündür ki, su təchizatından da məhrum olublar. Etiraz edənlər onlara qanunsuz su borclarının yazılmasından da icra başçısının müavininə şikayət ediblər və ona öz tələblərini çatdırıblar. Etiraz edən sakinlər problemləri həll edilməyəcəyi təqdirdə, bu gün saat 17:00-da yenidən mitinq təşkil edəcəklərini bildiriblər”.