backend

Fazil Mustafa Sərdar Cəlaloğlunun təklifi ilə razı deyil

Fazil Mustafa Sərdar Cəlaloğlunun təklifi ilə razı deyil






















“Tarixdən doğru dəyərlərin götürülməsinə çalışmalıyıq”

Bir müddət bundan öncə ölkə başçısına müraciət edən ADP sədri Sərdar Cəlaloğlu xalqın milli kodlaşdırılması baxımından Nadir Şah Əfşarın, Ağa Mühəmməd Şah Qacarın, şahzadə Abbas Mirzənin, Səttar Xanın və Şeyx Məhəmməd Xiyabaninin xatirəsinin əbədiləşdirilməsinin, siyasi irsinin öyrənilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə konkret addımlar atmağa səsləyib.
Maraqlıdır, xalqın milli kodlaşdırılması baxımından adıçəkilən tarixi şəxsiyyətlərə abidələrin qoyulması, onların xatirəsinin müxtəlif vasitələrlə əbədiləşdirilməsi zəruridirmi? Bu gün küçə və meydanlarda abidəsi ucaldılan tarixi şəxsiyyətlərimizin kimliyi, missiyası, dövlət və xalq qarşısındakı xidmətləri cəmiyyət tərəfindən yetərincə dərk olunurmu?
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran millət vəkili Fazil Mustafa S.Cəlaloğlunun təklifi ilə razılaşmadığını vurğuladı:
“Mən bu baxışı, məsələyə bu cür yanaşmanı qəbul etmirəm. Abidə qoymaqla milli kodu möhkəmləndirmək və ya onu yaddaşlara həkk etmək olmaz. Doğru tarix anlayışı və tarixdən doğru dəyərlərin götürülməsinə çalışmalıyıq. Bu baxımdan bu təklifi o qədər də faydalı təklif hesab eləmirəm”.