backend

Hakerlər Obamanın ailəsini hədələdi - FOTO

Hakerlər Obamanın ailəsini hədələdi - FOTO






















FTB istintaqa başlayıb

Özünü “Kiberxalifat” adlandıran hakerlər qrupu (CyberCaliphate) “Newsweek” jurnalının Twitter səhifəsini sındıraraq, orada ABŞ prezidenti Barak Obamanın ailəsinin ünvanına hədələr yağdırıblar.

qaynarxett.az xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə Pentaqonun rəsmi səhifələrinin sındırılmasına görə məsuliyyəti öz üzərinə götürən hakerlər, birinci xanım Mişel Obamanı Sevgililər günü münasibəti ilə “təbrik ediblər”, bu günü “Qanlı müqəddəs Valentin günü” adlandıran hakerlər onu, qızlarını və ərini izlədiklərini bildiriblər. Onlar “Je suis IS” kimi imza qoyublar, Reuters xəbər verir.

Hakerlər Obamanın ailəsini hədələdi - FOTO

Hal-hazırda “Newsweek” jurnalının Twitter-də fəaliyyəti bərpa edilib, FTB isə istintaqa başlayıb.