backend

Gülər Əhmədovanın dələduz mətbuat katibi

Gülər Əhmədovanın dələduz mətbuat katibi


Gülər Əhmədovanın dələduz mətbuat katibi Keçmiş deputatın həm də köməkçisi olan Zaur Mirzə-zadə dostundan maşın alaraq pulu Gülər Əhmədovanın ödəyəcəyini deyib


“Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı”

“Mən Zaur Rafael oğlu Mirzə-zadənin cinayətkar əməllərinin qurbanı olmuşam. Jurnalist olan zaur Mirzə-zadə başqa dostları kimi mənə də pul atıb”–bunu Asiya.az-a açıqlamasında Lənkəran rayon sakini Amid Aşur oğlu Mərəyev deyib.
Amid Mərəyevin sözlərinə görə, Zaur Mirzə-zadəni ortaq dostları olan Fuad Dərgahovun vastəsi ilə tanıyıb: “2011-ci ilin avqust ayında pula ehtiyacım olduğu üçün şəxsi avtomobilimi satmaq qərarına gəldim. Bu barədə dostum Fuada müraciət etdim. Fuad müştəri kimi Zaur Mirzə-zadəni məsləhət gördü. Sonra Fuadın şahidliyi ilə mənə məxsus Mersedes ML markalı 90-EU-036 dövlət nömrə nişanlı avtomobilimi Zaura satdım. Pulun çox hissəsini yaxın vaxtda mənə verəcəyini, qalıq borcu da 2011-ci il sentyabrın ayının 17-nə qədər ödəyəcəyini bildirdi. Zaur həmin vaxt deputat olan Gülər Əhmədovanın mətbuat katibi olduğunu dedi. Maşını bu iş üçün aldığını söylədi və bildirdi ki, pulu verə bilməyəcəyi təqdirdə Gülər Əhmədova ödəyəcək. Bu söhbətdən sonra mənim avtomaşınımı banka girov qoyaraq pul götürdü və mənim borcumun bir hissəsini ödədi. Qalan pulu isə hissə-hissə verməyə başladı. Sonda Zaurun mənə 1800 dollar borcu qaldı. Dəfələrlə Zaurla telefon vasitəsi ilə əlaqə saxlasam da o zənglərimə cavab vermədi. Dəstəyi qaldıranda isə müxtəlif bəhanələr gətirərək, məsələni yubatdı. Pulumu almaq niyyəti ilə 26 dekabr 2011-ci ildə Zaurun yaşadığı Binə qəsəbəsində ki, evinə getdim. Məni atası Rəfail qarşıladı. Zaurun evdə olmadığını bildirib, gəlişimin səbəbin soruşdu. Özümü təqdim edib, Zaurun mənə borclu olduğunu və pulun vermədiyini bildirdim. Zaurun atası bu söhbətdən xəbərdar olduğunu və Zaurun yaxın zamanda mənə olan borcunu qaytaracağını bildirdi”.

Şikayətçi deyir ki, bir neçə gündən sonra onu Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə çağırıblar: “Ora gedəndə məlum oldu ki, Zaur Mirzə-zadə məndən şikayətçidir. Zaur və atası Rəfail əlbir olaraq pul qaytarmamaq niyyəti ilə mənə şər ataraq Xəzər Rayon Polis İdarəsinin şikayət ediblər. Zaur öz şikayətində “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı” qeyd etmişdi. Təhqiqatçı, polis baş leytenantı Babək Mirzəyev mənim də izahatımı alandan sonra Zaur Mirzə-zadənin ərizəsi əsasında Cinayət Prosessual Məcəlləsinin 86.1; 39.1.2 və 212.1 maddələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar verdi. Bu olaydan 3 ildən artıq vaxt keçməsinə baxmayaraq Zaur mənə qalan 1800 dollar borcunu qaytarmayıb.”

Asiya.az-a açıqlamasında Amid Mərəyev onu da bildirdi ki, başına gələn olayla bağlı aidiyyəti qurumlara müraciət edəcək.
Xatırladaq ki, bu Zaur Mirzə-zadənin etdiyi birinci dələduzluq hərəkəti deyil. O, Asiya.az-ın rəhbəri, uzun müddət bir yerdə işlədiyi həmkarı Cəfər Cəfərovu da aldadaraq onun 8 min manat, həmçinin qaynanası Pərvanə Hüseynovanı aldadaraq onun 15 min manat məbləğində pulunu mənimsəyib (Daha ətraflı bu linkdən xouya bilərsiz: (http://asiya.az/index.php?newsid=5353)

Həm Amid Mərəyev, həm də Cəfər Cəfərov Zaur Mirzə-zadənin onlara qarşı etdiyi əməllərlə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəklər.

qaynarxett.az