backend

Lamiyədən ilk açıqlama: "Mirşahin məni təhqir etdi"

Lamiyədən ilk açıqlama: "Mirşahin məni təhqir etdi"

















Bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə azadlığa çıxan Lamiyə Quliyeva mətbuata ilk açıqlamasını verib

Axar.az-ın məhkəmə zalında olan əməkdaşının verdiyi məlumata görə, L.Quliyeva açıqlamasında bir müddət əvvəl ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin onu və anasını təhqir etdiyini deyib.

Lamiyə Quliyevanın sözlərinə görə, həbsxanada olarkən Mirşahin Ağayev şəxsən ondan müsahibə almaq təklif edib. Amma məhz bu təhqiredici süjetin ANS kanalında yayımlanmasına görə, müsahibədən imtina edib.