backend

Nazirlikdən süni qiymət artımı ilə bağlı – AÇIQLAMA

Nazirlikdən süni qiymət artımı ilə bağlı – AÇIQLAMA






















Nəzarət tədbirləri gücləndirildi

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib.

qaynarxett.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumatda qeyd olunur ki, Mərkəzi Bank manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb.

Xidmət tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəticələrdən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, manatın məzənnəsinin dəyişikliyindən sonra bəzi ticarət obyektlərində süni qiymət artımına rast gəlinir.