backend

Metroda gediş haqqı qalxacaq?

Metroda gediş haqqı qalxacaq?






















Bakı Metropoliteni açıqlama verib

Bakı Metropolitenində manatın devalvasiyasına baxmayaraq gediş haqqının qalxması gözlənilmir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metroda gediş haqlarında qiymət artımı yaxın gələcəkdə gözlənilmir:

“Bu məsələ ilə bağlı Metropoliten İdarəsi Tarif Şurasına rəsmi müraciət etməyib. Manatın devalvasiyasına baxmayaraq Bakı Metropoliteni gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”.