backend

Moskvada fahişələrə görə atışma – VİDEO

Moskvada fahişələrə görə atışma – VİDEO






















“Avtomobillərin sərnişinləri qız seçirdilər”

Podmoskovye (Rusiya) şossesində baş verən atışma nəticəsində bir nəfər həlak olub, səbəb isə fahişələrə görə yaranan münaqişə olub, “İnterfaks” hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verib.

Agentliyin məlumatına əsasən maşının atəşə tutulması hadisəsi fahişələrin “yerində” baş verib.

“Atışma BMW, “Infiniti” və markası müəyyənləşdirilməyən maşın orada olduğu zaman baş verib. Avtomobillərin sərnişinləri qız seçirdilər. Gözlənilmədən atışma başladı”, - məlumatda deyilir.

Daha öncə isə Podmoskovyedə Qorkov şossesinin 84-cü kilometrliyində, naməlum şəxslər içində iki nəfər sərnişin olan avtomobili atəşə tutublar. Bir nəfər həlak olub, digəri isə ayağından aldığı yara ilə xəstəxanaya yatırılıb.