backend

Adı Boris Nemtsovun qətlində hallanan azərbaycanlı polkovnik danışdı

Adı Boris Nemtsovun qətlində hallanan azərbaycanlı polkovnik danışdı






















“Ona görə mənim də adımı yazıblar”

Azərbaycanlı polkovnik İsa Sadıqov Rusiyanın tanınmış müxalifət lideri Nemtsovun ölümündə adının hallanmasına münasibət bildirib.

qaynarxett.az xəbər verir ki, İ.Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ortaya belə bir şayiənin atılması qatillərin tapılmayacağını düşünməyə əsas verir:

“Necə ki, Anna Politovskayanın, Maqnitskinin, Estemirovnanın, Litvinenkonun qatilləri tapılmadı. Boris Nemtsovun ölümündə ancaq və ancaq Putin rejimi maraqlı idi. Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüşlər təşkil edirdi. Yaz-yay aylarında böyük tədbirlərə təkan verməli idi və Rusiyanın müharibədə iştirakını sənədlərlə sübut etməyə hazırlaşırdı.

O ki qaldı Ukrayna xüsusi xidmət orqanlarının bu qətli təşkil etməsinə, bu gülünc versiyadır. Bu versiyanı ortalığa atmaqla ruslar bu qətli araşdırmaq fikrində deyillər.

Ruslar tərəfində çoxlu sayda terroristlər, muzdlular, serblər, ermənilər, osetinlər, çeçenlər vuruşur. Belə halda ruslar ukraynalılara şər-böhtan atmaqla kənar qüvvələrin iştirakını “təsdiqləməli idi”. Ona görə mənim də adımı yazıblar. Amma mən orada iştirak etməmişəm və edə də bilməzdim. O batalyonun da tərkibində heç vaxt olmamışam. Bunlar primitiv rus propoqandasından başqa bir şey deyil”.

Qeyd edək ki, “İzvestiya” saytının yazdığı xəbərə görə, İsa Sadıqov Donbassda Ukrayna silahlıları tərəfindən vuruşan və bu ilin fevralın 1-i qətlə yetirilən çeçen əsilli İsa Munayevin yaratdığı Cövhər Dudayev adına batalyonun tərkibində vuruşub. Rus mətbuatının iddiasına görə, Nemtsovu öldürməklə çeçen döyüşçüləri Ukraynanın sifarişini yerinə yetirməklə yanaşı, öz komandirlərinin qisasını da almış olublar.

Azərbaycanlı polkovnikin isə həmin batalyonun qərargah rəisi olduğu iddia edilib.