backend

"Avropa oyunlarına xərclənən bütün vəsait sonda bu şəhərə qalacaq"

"Avropa oyunlarına xərclənən bütün vəsait sonda bu şəhərə qalacaq"































Turist üçün ölkənin prezident, parlamentli, monarxiya qurluşlu olmasının heç bir əhəmiyyəti yoxdur. Turistə rahat və ucuz hotel, dadlı və fərqli mətbəx, görməli yer lazımdır

Bu sözləri "Birləşmiş imkanlar" Məcburi Köçkünlər Şəbəkəsinin koordinatoru Əvəz Həsənov Moderator.az -a açıqlamasında bildirib:

"Azərbaycan Avropada çoxlarının heç də yaxşı tanımadığı bir ölkədir. Siyasətçilərin daimi "təzadlar ölkəsi" adlandırdığı, sadə avropalıların isə "neft və ikra ölkəsi" adlandırdığı bir məmləkətdir. Fikirləşməyin ki, Avropada hamı hər gün bizim haqqımızda düşünür və bizim dərdimizdə bizə şərik olmaq istəyir.

Yanılmayaq. Avropalı üçün Azərbaycan onun demokratiyası və nefti ilə birgə heç də maraqlı deyil. O vaxta qədər ki, Avropalı Azərbaycana turist kimi axın edəcək və Azərbaycanın mədəniyyəti, tarixi abidələri, təbiəti, mətbəxi və insanlarına heyran olacaqdır. O zaman Azərbaycan Avropalı üçün maraqlı bir ölkə olacaq. Necə ki, Gürcüstanda ucuz infrastuktura, zəngin mədəni irs, fərqlilik dünyanın hər yerindən turistləri özünə cəlb edib.

Azərbaycan da nə zamansa rahat, ucuz, cəlbedici və zəngin turizm potensialını göstərsə bizim ölkəyə maraq ola bilsin ki, Gürcüsatandan da artıq olsun. Turist üçün ölkənin prezident, parlamentli, monarxiya qurluşlu olmasının heç bir əhəmiyyəti yoxdur. Turistə rahat və ucuz hotel, dadlı və fərqli mətbəx, görməli yer lazımdır.

Bu baxımdan ölkəmizin turistik potensialının tanınması üçün reklamına ehtiyac olduqca ciddi hiss olunur. Bizim Diaspora Komitəsi adı ilə fəaliyyət göstərən struktur bu işin öhdəsindən gələ bilmir. Ondan ötrü ciddi reklam investisiyası və yaxud möhtəşəm tədbirlər lazımdır. Avroviziya və Avropa Oyunları bu istiaqmətdə ən böyük reklam investisiyasıdır.

Bütün Avropalı Azərbaycandan hazırlanan reklam çarxına baxmaya bilər, lakin, Avropa oyunlarına bir milyard tamaşaçı baxacaq. Məcburdur! Çünki, onun sevdiyi komanda Bakıda yarışacaq. Sadəcə bu təqdimata hazırlıq professional olmalıdır.

Avropa oyunlarına xərclənən bütün vəsait sonda bu şəhərə qalacaq. Şəhərin infrastrukturunun yenilənməsi bu şəhərin qazancı olacaq. Diğər xərclənən pullar isə 15 gün Avropa efirində Azərbaycanın təbliği üçün kompensasiya sayıla bilər. İndi baxın 1 milyardlıq auditoriyaya 15 gün saatlarla reklam vermək bu ölkəyə neçəyə başa gələrdi? Hər halda Azərbaycan kimi kiçik ölkələr qazanc və tanınma əldə etmək üçün bütün dünyaya açıq olmalıdır. Bütün dünya deyəndə daha çox turistləri nəzərdə tuturam. Turizm potensialı olan ölkəyə siyasi və iqtisadi maraq da inkişaf dinamikasında olur."