backend

“Müxalifətdəki bəzi siyasilər uşaqlar kimi evcik-evcik oynayır”

“Müxalifətdəki bəzi siyasilər uşaqlar kimi evcik-evcik oynayır”
































İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı "Unikal"a açıqlamasında deyib ki, ötən seçkilərin ağrılı və aclı nəticələri müxalifət düşərgəsində hər hansı birlik formatı yarada bilməyibsə, bu "seçki"də də blok, ya Məşvərət Məclisi alınmayacaq. Onun sözlərinə görə, bu siyasi oyunları quranlar özlərini dahi bilsələr də, kifayət qədər ağıllanmayıblar:

"Əlbəttə, Məşvərət Məclisi bir az inandırıcı görsənir. Amma görünən odur ki, kim bu formatları təşkil edirsə, qalib də özlərini biləcəklər və daha iştahlı olacaqlar. İnam, etimad və ümüd bu düşərgədə artıq qalmayıb deyə yenə də uşaqlar kimi evcik-evcik oynayırlar. Bir daha təkrar edirəm bu dartışmalarda xalqın milli və dövlət maraqlarından çox, fərdi və siyasi partiya maraqları daha aktualdır və önə çəkilib. Hər kəs sanki ömürlük təqaüdünü (pensiya) təmin etməkdən ötəri siyasi müxalifətdə son akordlarını vururlar. Halbuki millətə və dövlətə sahib durmaq təfəkkürü meydanda olmalıdı. Necə ki, ötən əsrin sonunda yaranmış situasiyalarda Elmlər Akedemyası kimi nəhəng dövlət elm ocağı millətə və dövlətə sahib durdu və nəticə əldə etdilər. Ağsaqqalsız öz başına qalan düşərgə nədən başlayıb, nədən qurtaracaqlarını bilmirlər". T.Abbaslı onu da nəzərə çatdırıb ki, situasiyalarda dəyişilməyənlər, eyni təfəkkürdə yorucu və bezdirici manevrləri ilə xalqda inam, etimad və ümüdi qırıblar:
"Bu adamlar başa düşmürlər ki, artıq əvvəlki oyunlarla gündəmdə qalıb və "qalib lider" olmaq, həvayi nəfsdən başqa bir şey deyil. Müxalifət indiyə kimi alternativ yollar axtarmalı və yeni ideyalarla yeni siyasi manevr etməyin yollarını sıralamalı idilər. Təəssüflər olsun ki, bu "seçki"də də müxalifət düşərgəsində komanda şəkilində bir ailə kimi siyasi hərakat yaratmağa və iqtidara siyasi opanent olmağa səriştələrini biruzə vermədilər. Hesab edirəm ki, indi də müxalifət düşərgəsi Məşvərət Məclisi formatında seçkilərə getməyə tələsməlidilər. Amma Ağsaqqal (Milli Elmlər Akademyası) qapısına getməklə siyasi uğur qazana bilərlər".