backend

BTV 1 yaşını qeyd edib - VİDEO

BTV 1 yaşını qeyd edib - VİDEO













Aprelin 10-da "Bölgə TV" 1 yaşını təmtəraqlı şəkildə qeyd edib

Tədbirdə bir çox media və incəsənət nümayəndələri ilə yanaşı rəsmi qonaqlar da iştirak edibler. Gecənin aparıcısı Kamran Cavad tədbiri açaraq , sözü kanalın rəhbəri Vasif Turana verib.

Vasif Turan qonaqları salamlayaraq BTV-də əziyyəti olan hər kəsə və kollektivə minnətdarlığını bildirərək bundan sonra da BTV-nin öz obyektivlini qoruyacağını söyləyib.

Kanalın ad gününü təbrik edən qonaqlar öz çıxışlarında BTV- nin yaranmasında xüsusi rolu olan Vasif Turana öz təbriklərini çatdırıb və gələcək işlərində uğurlar azulayıblar.

Tədbirdə ard-arda sevilən mahnılarını səsləndirən incəsənət nümayəndələri gecəyə xüsusi rəng qatıblar. BTV-nin əməkdaşları da öz növbələrində gözəl rəqsləri ilə tədbirİ daha da canlandırıb .

Gecənin sonunda xüsusi hazırlanmış tort kəsilərək musiqi sədaları altında tədbir davam edib. Sonda kollektivlə birgə xatirə şəkli çəkilib.

qaynarxett.az