backend

"Bu, insanların həyatı üçün olduqca təhlükəlidir" - Rövnəq Abdullayev

"Bu, insanların həyatı üçün olduqca təhlükəlidir" - Rövnəq Abdullayev




























Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abşeron rayonunun Masazır qəsəbəsindəki yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirib

APA-nın xəbərinə görə, R. Abdullayev bildirib ki, evlərin altından sızan şist qazdır. “Həmin ərazidə "Azəriqaz" İstehsalat Birliyinin qaz kəməri keçmir. Həmin ərazidə yerin altından sızan şist qazıdır və bu, təbii prosesdir. Orada palçıq vulkanları var. Bundan "Atəşgah" məbədində də var. Abşeronda çox yerdə analoji qaz sızmaları var", - deyə SOCAR prezidenti qeyd edib.

O bildirib ki, SOCAR hər zaman mədən ərazilərində yaşayış evlərinin tikilməsinə qarşı mübarizə aparıb, çünki bu, insanların həyatı üçün olduqca təhlükəlidir.