backend

Bakıda aksiya: Qadınları öldürməyin

Bakıda aksiya: Qadınları öldürməyin























Aytac Babayevaya 8 bıçaq vururaraq öldürən oğlana ömürlük iş tələb edilir

Mayın 2-də Nizami rayonu ərazisində bir neçə gün öncə qəddarlıqla qətlə yetirilən XI sinif şagirdi Aytac Babayevanın ölümünə etiraz olaraq aksiya keçirilib.

qaynarxett.az Virtualaz.org-a istinadən verdiyi məlumata görə, prokurorluq qarşısına toplaşan Aytac Babayevanın qohumları, sinif yoldaşları və onu tanıyan hər kəs Aytaca 8 bıçaq zərbəsi vuran İzzət Hüseynova ömürlük həbs cəzası verilməsini tələb edirlər.

Aksiya polis tərəfindən güc tətbiq edilmədən dağıdılıb.

Qeyd edək ki, aksiya ilə bağlı facebook sosial şəbəkəsində yaradılan “Qadınları öldürməyin” adlı səhifədə də çağırışlar edilib. Sosial şəbəkədə virtual aksiyaya da start verilib.

Virtuala aksiyaya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və digər hüquq müdafiəçiləri də qatılıblar.

Müraciətdə deyilir: “Bir ailənin övladı bir gənc tərəfindən qətlə yetirilib.

XI sinif şagirdi Aytac Babayevanın ömrünün baharında, ilin bahar günündə öldürülməsinə susmayın. Aytac ilk deyil. Bundan əvvəl də yuxu görüb həyat yoldaşının başını kəsən vardı. Kriminal hadisələr, qadına qarşı şiddət, zorlamalar, döyülmələr, qətllər - bunların hamısı getdikcə artır və təhlükəli tendensiyadan xəbər verir.

20 yaşında bir oğlanın XI sinfi də bitirməmiş bir qızcığaza bu qədər vəhşi davranması böyük bir SOS siqnalıdır. Cibində bıçaq gəzdirən oğlanlar doğmalarımızın, yaxınlarımızın, dostlarımızın və həm də özümüzün həyatı üçün təhlükəlidir”.