backend

Davudoğlu Almaniyaya müraciət etdi: Bizə dərs keçməyin

Davudoğlu Almaniyaya müraciət etdi: Bizə dərs keçməyin























“Bu məsələyə dair mən madam Merkel ilə tez-tez danışmışam”

qaynarxett.az xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu alman Dormuntuna səfər çərçivəsində Berlini qondarma “erməni soyqırımı” məsələsində yüngül tənqidə məruz qoyub, bu barədə Die Welt yazıb.

May ayının 3-də Davudoğlu Almaniyada bir neçə min türk qarşısında proqram nitqi ilə çıxış edib.

“Bu məsələyə dair mən madam Merkel ilə tez-tez danışmışam və Almaniya parlamenti qarşısında da öz mövqeyimi ifadə etmişəm. Əgər kim isə tarix dərsi keçmək və qondarma “erməni soyqırımı”ndan danışmaq istəyirsə, biz onlara “biz ermənilər və digər millətlərlə Anatoliyada yaşayırdıq” deyə cavab veririk. Onlarla necə danışmaq, tarixi təmas nöqtələrini tapmaq lazım olduğunu bilirik. İnsanların bizim dəyərlərimizi şübhə altına qoymaq və bizə tarix dərsi keçməyə icazə vermərik”, Davudoğlu vurğulayıb.

Qeyd edək ki, Türkiyə baş nazirinin Almaniyaya səfəri seçkiqabağı kampaniya çərçivəsində aparılır. İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək.