backend

Məleykə Abbaszadənin atasının adına olan küçənin asfaltı yoxa çıxıb, komissiya sədri gördüklərinən qəzəblənib

Məleykə Abbaszadənin atasının adına olan küçənin asfaltı yoxa çıxıb, komissiya sədri gördüklərinən qəzəblənib


















Ağstafanın icra başçısı Məhərrəm Quliyevlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında mübahisə yaşanıb.

Bu barədə məlumatı sosial şəbəkələrdə Anar İsmayılzadə yayıb.

Onun bildirdiyinə görə, icra başçısı ilə komissiya sədri arasında yaşanmış mübahisəyə səbəb ikincinin atasının adına olan küçənin bərbad vəziyyətdə olmasıdır. Ağstafa rayonu Mehdi Mustafayev küçəsinə 2 il əvvəl asfalt örtüyü çəkilsə də, hazırda həmin küçədə asfaltdan heç bir əsər-əlamət qalmayıb. Bu azmış kimi, rayon İcra Hakimiyyəti iki il əvvəl vurulmuş asfaltın hara yoxa çıxdığını araşdırmaq və yenidən yolu düzəltmək yerinə, həmin küçəyə daş, qum və çınqıl tökməklə problemi çözməyə çalışır.

Məlumatda qeyd edilir ki, Mehdi Mustafayev TQDK sədri Məlyekə Abbaszadənin atasıdır, küçə də onun adını daşıyır. Bir neçə gün əvvəl komissiya sədri Ağstafada səfərdə olub və atasının adına olan küçə ilə tanış olmaq istəyib. İcra Hakimiyyətinin rəsiləri TQDK sədrini fikrindən daşındırmağa çalışsalar da, o israrla küçəyə baş çəkib. Və gördüklərindən dəhşətə gəlib.

Daxil olan məlumata görə, TQDK sədri atasına qarşı olan hörmətsizliklə bağlı Ağstafa İcra Hakimiyyətinin rəhbərliyinə qəzəbli şəkildə etirazını bildirib. Və bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Məleykə Abbaszadənin atasının adına olan küçənin asfaltı yoxa çıxıb, komissiya sədri gördüklərinən qəzəblənib