backend

Noyabrda bayraq bayramı ilə əlaqədar, 3 gün iş günü olmayacaq

Noyabrda bayraq bayramı ilə əlaqədar, 3 gün iş günü olmayacaq



















Azərbaycan Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Dövlət bayrağı günü - 9 noyabrda iş günü olmayacaq.

Bununla əlaqədar bildirilir ki, noyabrın 7-si və 8-i şənbə, bazar gününə düşdüyündən, beşgünlük işləyən insanlar 3 gün istirahət etmiş olacaqlar.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib.

Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir:

"Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".