backend

Xüsusi notarius vətəndaşların xidmətində dayanmır

Xüsusi notarius vətəndaşların xidmətində dayanmır
Son zamanlar notariat orqanlarının fəaliyyətində nöqsan və çatışmazlıqlar baş alıb gedir.
Bunu redaksiyamıza daxil olan şikayətlər əsasında deyirik. Belə ki, notariat kontorlarının çoxunda işinin öhdəsindən layiqincə gələ bilməyən insanlar çalışır. Sözügedən qurumun işçilərinin əksəriyyəti işində məsuliyyətsizlik nümayiş etdirirlər. Onlardan biri də Abşeron rayonu 2 saylı Notariat Kontoru və onun rəisi, xüsusi notariusu Günay Məsimovadır. Bu şəxsin işində yol verdiyi nöqsanlarla bağlı məlumat versək də, heç bir faydası olmayıb. Redaksiyamıza daxil olan məlumatlarda göstərilir ki, Günay Məsimovanın rəhbərlik etdiyi notariat kontorunda çox ciddi qanun pozuntularına şərait yaradılır.Mənbənin sözlərinə görə, kontorda əqdlərin və etibarnamələrin təsdiq edilməsi, miras əmlakın mühafizə olunması, vərəsəlik hüququ, eləcə də ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü, imzaların həqiqiliyini, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü, şəxsin sağ olması və ya müəyyən yerdə olması faktını, şəxslə fotoşəkildəki şəxsin eyniliyini, sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsində və vasitəçi olduğu digər bir sıra önəmli prosedurlarda ciddi səhvlərə yol verilməklə yanaşı, vətəndaşlara qarşı "şərtlər" irəli sürülür. Bundan başqa, sənədləşmə zamanı dövlət rüsumundan artıq vəsait tələb olunur. Sözügedən notariat kontoruna müraciət edənlərin çoxu hüquqi bilikdən kasad olduqlarına görə, Abşeron rayon 2 saylı notariat kontorun tələsinə tez düşürlər. Ona görə də notariat kontoruna müraciət edərkən hüquqi biliyi olan şəxsin köməyindən istifadə etmək yerinə düşərdi. Əks halda Günay Məsimova və onun işçilərinin qurbanı olacaqsınız. Nəzərə alsaq ki, sözügedən kontora gün ərzində yetəri qədər insan müraciət edir. Və bu qədər adamdan tələb olunan əlavə rüsumla hər bir şərait yaratmaq mümkündür. Mənbə bildirir ki, Günay Məsimova kontorun sayəsində özünə əməli-başlı şərait yaradıb. Bundan başqa bu şəxsin paytaxtın bir neçə yerində obyektinin olduğu deyilir. Bütün bunlar haqsız yerə vətəndaşlardan yığılan vəsaitlərin hesabına başa gəldiyi deyilir. Əks halda Məsimova özünə bu cür şərait qura bilməzdi. Çünki aylıq əmək haqqıyla ancaq bir ay dolanmaq mümkündür. Qaldı ki, əlavə işlərə bu isə mümkün olan şey deyil. O, notariat kontorunda dövlət tərəfindən müəyyənləşdirilmiş rüsumları deyil, məhz özünün təyin etdiyi "şərt"ləri tətbiq edir. Elə bu səbəbdən də Abşeron rayonu 2 saylı Notariat Kontorunda alınan rüsumlarla qanuni dövlət rüsumları arasında yerlə göy qədər fərq var. Qeyd edək ki, ölkənin Notarial sistemi-mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqi hərəkətləri tənzim etməklə Azərbaycanda rəsmi və doğru sənədlərin hüquqları və hüquqi əhəmiyyətli faktların təsdiqini və digər notarial əməliyyatların aparılmasını təmin edən Ədliyyə qurumudur.