backend

Ramil Usubovdan yeni rəis təyinatı

 Ramil Usubovdan yeni rəis təyinatı
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.

Azvision.az-ın əldə etdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Şəhər Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Mingəçevir Şəhər Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.