backend

Miqrant böhranı: Türkiyə və Aİ qaçqın axınına çarə axtarır

Miqrant böhranı: Türkiyə və Aİ qaçqın axınına çarə axtarır


Turkiyə baş naziri Ahmet Davutoğlu Avropaya miqrant axınının azaldılmasını müzakirə etmək üçün Brüsseldə Aİ liderləri ilə görüşə hazırlaşır.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, Türkiyə sərhədlərini bağlaması və qaçqınları ölkədə saxlamasının müqabilində pul və siyasi güzəştlər almağa ümid edir.

Lakin müxbirlərin bildirdiyinə görə, hər Aİ ölkəsinin nə qədər pul verəcəyinə dair fikir ayrılığı var.
Bu il Avropaya təxminən 900 min miqrant yol tapıb.

Onlardan bir çoxu Suriya, İraq və Əfqanıstandakı münaqişəli bölgələri tərk edib və yollarına davam etməzdən öncə Türkiyədəki düşərgələrdə qalıblar.

Aİ-nin Türkiyəyə növbəti iki il ərzində 3 milyard avro təklif etdiyi güman edilir. Türkiyənin isə bunun əvəzində sərhədləri möhkəmləndirməsi və ölkədəki qaçqın və miqrantların şəraitini yaxşılaşdırması gözlənilir.

Lakin hər bir Aİ ölkəsinin nə qədər pul verəcəyi və ya pulun necə xərclənəcəyinə dair dəqiq qərar yoxdur.

Avstriyanın kansleri Werner Faymann bildirib ki, razılaşmanın əldə olunacağına dair nikbindir.
“Türkiyə indi məktəblərə və mənzillərə sərmayə yatırmaq üçün ilə 3 milyard avro istəyir. Biz hardasa ortada razılığa gələcəyik,” Reuters agentliyi ona istinadən bildirib.