backend

ABŞ neft ölkələrini dizi üstə qoydu

ABŞ neft ölkələrini dizi üstə qoydu



ABŞ Nümayəndələr Palatası neft ixracına qoyulmuş qadağanın götürülməsini nəzərdə tutan sənədi bəyənib.

Virtualaz.org saytı xəbər verir ki, məlumatı “Reuters” yayıb.

İnformasiyaya görə, amerikalı parlamentarlar neft ixracına hələ 40 il əvvəl qoyulmuş qadağanın ləğvini nəzərdə tutan büdcə layihəsini böyük səs çoxluğu ilə qəbul ediblər.

ABŞ Konqresinin aşağı palatası dövlət təsisatlarının 2016-cı ilin sentyabrına qədər maliyyələşdirilməsi təklifini də bəyənib. Xərclərin həvmi 1,1 trilyon dollar təşkil edəcək. Sənədlər baxılması üçün yuxarı palataya - Senata göndərilib.

Qeyd edək ki, ABŞ Konqresinin rəhbərliyi neft ixracına qoyulmuş qadağanın ləğvi barədə bundan əvvəl razılıq əldə etmişdi. Müzakirələr zamanı respublikaçılarla demokratlar arasında kompromis əldə olunması zərurəti yaranmışdı.

Demokratlar neft ixracına embarqonun ləğvini dəstəkləmişdi. Respublikaçılar isə “yaşıl energetika”ya dövlət yardımı ideyasına “hə” demişdi.