backend

Serj Sarkisyan prezidentlərin görüşündən əvvəl generalları topladı

Serj Sarkisyan prezidentlərin görüşündən əvvəl generalları topladı



Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparmaq üçün İsveçrəyə yola düşməzdən az əvvəl Ermənistan Müdafiə Nazirliyində müşavirə keçirib.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında keçirilən müşavirədə bu ölkənin baş naziri, müdafiə və maliyyə nazirləri, digər yüksək vəzifəli şəxslər, həmçinin Müdafiə Nazirliyinin rəhbər şəxsləri, Silahlı Qüvvələrin komandir heyəti iştirak edib.

Müşavirədə əsasən mümkün hərbi əməliyyatların aparılması formaları və üsulları, ordunun yeni silahlar və müasir hərbi texnika ilə daimi təchizatı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.