backend

ADP iqtidara yeni parlament seçkisi və müxalifətlə dialoq çağırışı etdi

ADP iqtidara yeni parlament seçkisi və müxalifətlə dialoq çağırışı etdi



Dekabrın 21-də ADP İdarə Heyətinin toplantısı keçirilib. Partiyadan musavat.com-a verilən xəbərə görə, toplantı iştirakçıları manatın məzənnəsinin yenidən kəskin şəkildə aşağı düşməsi ilə bağlı məsələyə münasibət bildirib və ölkənin iqtisadi sisteminin defolt təhlükəsi ilə üz-üzə qalmasının arxasında son 20 ildə yeridilən yanlış iqtisadi siyasətin durduğunu diqqətə çatdırıb. İdarə Heyəti kütləvi işsizliyin, sosial gərginliklərin yaşandığı bir zamanda manatın məzənnəsinin yenidən kəskin şəkildə aşağı salınması faktından ölkə iqtisadiyyatına, əhalinin həyat tərzinə vurula biləcək zərbələrin qarşısını almaq üçün növbəti mərhələdə, əmək haqqının minimum bazasının artırılması, aztəminatlı ailələrin, təqaüdçülərin vəziyyətinin yaxşılaşdırılması, orta və kiçik bizneslə məşğul olan şəxslərə dotasiyaların verilməsi, bazar iqtisadiyyatının əleyhinə yönələn monopolizmin, korrupsiya və rüşvətxorluğun qarşısının alınması, enerji resurslarının qiymətinin aşağı salınması, xalq etimadına layiq yeni parlament seçkilərinin keçirilməsi, siyasi islahatların aparılması ilə bağlı hakimiyyətə çağırışlar edib. Yaranmış böhranın aradan qaldırılması üçün iqtidarla müxalifət arasında dialoqun başladılmasının vacibliyini diqqətə çatdırıb.