backend

Pirlo karyerasını başa vurmaq istəmir

Pirlo karyerasını başa vurmaq istəmir



"Nyu-York Siti" klubunun futbolçusu Andrea Pirlo gələcək karyerası haqda danışıb.

Qol.Az-ın "Corriere Dello Sport"a istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçu karyerasını başa vurmaq haqda düşünmədiyini bildirib:

"Hələ ki, karyeramı başa vurmaq haqda düşünmürəm. Özümü yaxşı hiss edirəm və oynamağa davam etmək istəyirəm".

Qeyd edək ki, cari mövsüm "Nyu-York Siti"də 13 oyuna çıxan Pirlo iki məhsuldar ötürmə ilə yadda qalıb.