backend

Hüquq müdafiəçisi prokurorluğa çağrılıb

Hüquq müdafiəçisi prokurorluğa çağrılıb




“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oktay Gülalıyev çərşənbə günü ölkə prokurorluğuna dəvət edilib. Bu haqda O.Gülalıyev prokurorluğa getməzdən öncə Azadlıq Radiosuna bildirib.

O.Gülalıyev prokuroluğa saat 18:00-a dəvət edilib. Amma xəbər hazırlandığı zamana kimi yəni, saat 20:00-a qədər prokurorluqdan sərbəst buraxılmamışdı.

O.Gülalıyevin konkret olaraq prokurorluğa çağrılması səbəbi bəlli deyil. Amma son vaxtlar hüquq müdafiəçisi ölkədə siyasi məhbus problemi ilə bağlı ətraflı hesabat hazırlamışdı.