backend

Rektor zərərə düşdü, acçığını tələbələrdən çıxır

 Rektor zərərə düşdü, acçığını tələbələrdən çıxır

Akif Süleymanovun tapşırığı ilə imtahanların qiymətləri qaldırılıb

Azərbaycan Texnologiya Universitetində (ATU) baş verənlər artıq tələbələrlə yanaşı, valideynlərin də canını boğaza yığıb. Rektor Akif Süleymanovun yarıtmaz idarəçilik qabiliyyəti, habelə universitetdə yaradılmış dözülməz vəziyyət artıq tələbələrin canını boğazına yığıb.

Məlumatlarda vurğulanır ki, sabahdan etibarən başlayan imtahan sessiyasında artıq tələbələrdən pul tələb olunmağa başlayıb. Qeyd edilir ki, əvvəllər 50 manata yazılan bir imtahan üçün artıq 80-100 manat qiymət qoyulub. Oxumasından və ya oxumamasından asılı olmayaraq, hər kəsin bu pulu ödəməkdən başqa çıxış yolu qoyulmayıb. Çünki müəllimlər tələbələri açıq şəkildə təhdid edirlər ki, əgər pul verilməsə, imtahandan kəsilmək bir yana, qovulma risqi də mövcuddur. Bundan ehtiyatlanan tələbələr də məcburiyyətdən valideynlərinə müraciət etməli olurlar.

Artıq ATU-da təhsil alan tələbələrin bir çoxunun valideyni baş verənlərdən xəbərdardırlar və onlar etirazlarını bildirmək üçün universitetə gəlmək istəyirlər. Məlumatlarda deyilir ki, Akif Süleymanovla görüşmək üçün ATU-ya gəlməyə hazırlaşan valideynlərin tək tələbi tələbələrdən pul yığılmamasından ibarət olacaq.

Lakin mənbələr deyirlər ki, Akif Süleymanovun bu işdən əl götürməsi mümkünsüzdür. Onların dediklərinə görə, hər dəfə bir bəhanə ilə pul yığımına start verdirən rektorun sonuncu bəhanəsi budur ki, Təhsil Nazirliyindən bəzi layihələri maliyyələşdirmək tapşırılıb. Ona görə də, imtahanlara görə tələbələrdən pul yığılması mübah elan edilib.

Tələbələrin təxmini hesablamalarına görə, ATU-nun rektorunun bu semestr boyu əldə edəcəyi qazanc orta hesabla 150-200 min manat arasında olacaq. Buraya dərs davamiyyətinə görə alınan pullar da əlavə olunarsa, o zaman rəqəmin 250 min civarında olacağı istisna edilmir.

Gələn məlumatlarda vurğulanır ki, Akif Süleymanov həm də şəxsi biznesini gücləndirməyə çalışır. İddia edilir ki, onun devalivasiyadan əvvəl özünə yaratdığı biznesi dekabran 21-dən sonra xeyli zəifləyib, o səbəbdən də dirçəldilməsi üçün pula ehtiyac yaranıb. Elə bu səbəbdəndir ki, Süleymanovun imtahanların qiymətlərini qaldırdığı vurğulanır.

demokratiya.info