Dünyasını dəyişən 32 yaşlı kişinin iki azyaşlı övladı qalıb
Günün ikinci intihar hadisəsi Biləsuvar rayonunda qeydə alınıb. 32 yaşlı kişi özünü asıb.
Biləsuvar Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Firuz Rüstəm oğlu Sadıqov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Asılmış meyiti onun ailə üzvləri aşkar ediblər.
Dərhal əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Dünyasını dəyişən şəxsin iki azyaşlı övladı var və o, mal-qara ticarəti ilə məşğul olub