backend

​Qubada oteldə öldürülən qadının görüntüləri yayıldı

​Qubada oteldə öldürülən qadının görüntüləri yayıldı


Qubada qətlə yetirilən qadınla bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, iki gün əvvəl Qəşrəşdəki "Retro" istirahət mərkəzində çoxsaylı xəsarətlərlə meyiti tapılan Könül Zalova qeyri-sağlam həyat tərzi sürürmüş.
Sayt 38 yaşlı K.Zalovanın bəzi fotolarını da təqdim edirik.


​Qubada oteldə öldürülən qadının görüntüləri yayıldı

Qubanın istirahət mərkəzindəki qətlin üstü açılıb.
Virtualaz.org bildirir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərindən birində üzərində xəsarətlər olan 35-40 yaşlarında naməlum qadın meyitinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilib.
Cinayətin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.