backend

Anti-böhran tədbirləri təbliğ olunur

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasının ikinci ildönümünə həsr olunmuş konfransda dövlət başçısının nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Anti-böhran tədbirləri təbliğ olunur
Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, süni surətdə qiymətlərin qaldırılmasına dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların əmək haqlarının artırılması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Müşavirədə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 2008-ci ildən dünyada başlanan iqtisadi böhran 2015-ci ilədək Azərbaycana təsir etməyib. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası ölkəmizdə də bir sıra problemlər yaradıb.