backend

Raqub Məmtiyev nədən Səlim Müslümovun tapşırıqlarını saya salmir

Raqub Məmtiyev nədən Səlim Müslümovun tapşırıqlarını saya salmirBu gün ölkə əhalisinin güzəranının yaxşılaşması, yoxsulluğun azaldılması istiqamətində mühum işlər görülür. Sosial sahənin inkişafı, əhalinin aztəminatlı ailələrinə dövlət qayğısının artması atılan addımların bir hissəsidir. Lakin bu gün dövlət tərəfindən görülən tədbirlərdən öz xeyirlərinə istifadə edənlər də az deyil. Xüsusilə də Azərbaycanın bir sıra rayonlarındakı dövlət qurumları öz mənafelərini güddüklərinə görə əhalinin sosial durumunu pis hala salıblar. Belə rayonlardan biri də Bərdə rayondur.

Çünki günbəgün artan şikayətlər bunu deməyə əsas verir. Belə mərkəzlərdən biri də Bərdə rayon əhalinin sosial müdafiə mərkəzidir. Mərkəzi öz qanunları ilə idarə edən Raqub Məmtiyev vəziyyəti dözülməz həddə çatdırıb. Əhaliyə xidmətin aşagı düşməsi, vətəndaşlardan gərəksiz sənədlərin tələb olunması, bürokratik mühitin yaradılması adi hala çevrilib. Daxil olan şikayətlərdə bildirilir ki, ünvanlı sosial yardım alan vətəndaşlardan kartların saxlanılması və bu yolla aztəminatlı vətəndaşlardan külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları baş vermişdir.

Raqub Məmtiyevin özünəməxsus qanunları o deməkdir ki, vətəndaş ilkin ödəniş etməlidir. Əgər buna imkanı yetmirsə "altı ayı" ona çatdırılmalıdır. Verilən digər məlumatlarda bildirilir ki, həttda imkanı olan vətəndaş minimum 500-1000 manat verdikdən sonra ünvanlı sosial yardım almaq imkanı əldə edir. "Təqdirəlayiq" işlər ancaq və ancaq Raqub müəllimin etibar etdiyi adamlar həyata keçirir.
İşsiz sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilməyiblər. Görülən tədbirlər nəticəsində vətəndaşlara diqqət artırılsa da, bəzi yerlərdə hələ də, qanunsuzluq edən məmurlar qalmaqdadır. Mərkəzdə bəzi məsul şəxslər vətəndaşları süründürməçiliyə salır, onları bezdirir, insanlıqdan kənar əməllərə yol verirlər.

Bərdə rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlara hədsiz problemlər yaradılır. Bununla yanaşı, mərkəzdə saxta sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə, mövcud olmayan şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi nöqsanlar var. Hətta vəziyyət o yerə çatıb ki, mərkəzin direktoru heç kimi saymır, öz bildiyini edir. Əldə olunan məlumatlara görə, sosial yardımlar indi də köhnə qayda ilə verilir. Bərdə rayonunda kifayət qədər imkansız, kasıb ailələr var. Onlara qanunla yardım düşsə də, ancaq dövlətin ayırdığı müavinətləri ala bilmirlər. Sənəd bəhanəsi ilə camaata süni problem yaradırlar ki, həmin müavinətləri ala bilməsinlər. Daha sonra deyilənə görə, Raqub Məmtiyevin qəbuluna belə düşmək olmur. Düşənlər də kor-peşman geri qayıdırlar. Yardım ala bilməyən insanlar isə buna narazılıqlarını bildirəndə sədr onları hədələyir.

Çox təəssüflər ki, baş verən hadisələr onu göstərir ki, ölkəmizdə bu sahəyə nə qədər nəzarət edilsə də, bu kimi durumların qarşısını tam almaq olmur. Və bu səbəbdən də bəzi məmurlar istədikləri kimi hərəkət edirlər. Yalnız öz mənfəətlərini güdür və aztəminatlı ailələr üçün ayrılmış vəsaitə belə göz dikirlər. Ümid edirik ki, lazımi qurumlar Bərdə rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşananlarla bağlı ölçü götürəcək.

PS.Qeyd edək ki mərkəz rəhbərin bütün qohumları hamısı ünvanlı sosial yardımla təmin olunub. Siyahıya baxsanız, onların adlarını görə bilərsiniz. Üstəlik, rayonda ünvanlı sosial yardım alanların 80 faizə qədəri saxta sənədlə bu imkana sahib olublar. Onların arasında bahalı maşını, 3 mərtəbəli evi, onlarla mal-qarası olanlar belə var.
O nazir Səlim Müslümovla yaxın münasibətdə olduğunu iddia edir. Ona görədə bir kimsə ona söz deyə bilməz deyir. Bu səbəbdən də mərkəz rəhbəri hamıya deyir "mən yuxarıya hesab verirəm, heç kimə borcum yoxdu"
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.