backend

8 aylıq hamilə olan sevgilisini yandırdı - DƏHŞƏT

8 aylıq hamilə olan sevgilisini yandırdı - DƏHŞƏT
Ata olmaq istəyən 20 yaşındakı gənc adam 8 aylıq hamilə qız yoldaşını diri-diri yandırıb

Almaniyanın paytaxtı Berlində yaşanan bu qorxunc hadisədə Eren adlı gənc 8 aylıq hamilə qız yoldaşı Maria Peineri "Alış-verişə çıxıb körpə paltarları alaq" adıyla aldadaraq amansılıqla qətlə yetirib.

Belə ki, Eren 19 yaşındakı qarnı burnunda olan qız yoldaşını məktəb yoldaşı Daniel Muellerin də köməyilə Berlinin xaricində olan meşəlik bir sahəyə aparıb. Eren Marianın əvvəl başına odun parçasıyla vurub, ardından çörək bıçağıyla hamilə qızı bıçaqlayıb. Daha sonra isə üzərinə benzin tökərək yandırıb.

Keçən ilin yanvar ayında yaşanan bu qorxunc cinayətin məhkəməsində hakim qarşısına çıxan iki cinayət ortağı 14 il həbs cəzasına məhkum edilib. Hakim Regina Alex məhkəmə zamanı ata olmaq istəməyən, bu səbəblə 8 aylıq hamilə qız yoldaşını öldürən Eren Tobe bunları söyləyib:

"Onun üçün cinayət çözümdü. O xoşbəxt, azad olduğu, idarəsində olan bir həyat istədi. O, Marianın özünə olan sevgisini istifadə edərək həyatına mal olacaq tələyə sürüdü".

Qeyd edək ki, Marianın cəsədi cinayətin ertəsi günü meşəyə gedən biri tərəfindən tapılıb. Sonrakı gün nəzarətə alınan cinayət ortaqları polisdəki sorğularında bir-birlərini günahlandırıb. Tobenin barmaq izləri, Marianın kömürləşmiş cəsədinin yanında olan bıçağın dəstəyində təsbit edilib. Məhkəmə sonrasında Marianın qardaşı mətbuata etdiyi qısa danışmada "Ümid edirəm ki, ailəmiz bu qərarla bir az olsun dinclik tapar" dedi.