backend

Milli qəhrəman 22 il müddətinə həbs edildi

Milli qəhrəman 22 il müddətinə həbs edildi
Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib

Məhkəmə Savçenkoya, həmçinin 30 min rubl həcmində pul cəzasının kəsilməsi haqqında da qərar verib.

Savçenko “VQTRK” şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərinin qanunsuz şəkildə keçməkdə şübhəli bilinib.

Onun həbs müddəti saxlanıldığı gündən, yəni 23 iyun 2014-cü ilddən hesabalanacaq. Savçenko günahkar olmadığını, lakin məhkəmə qərarından apelyasiya verməyəcəyini bildirib

Qeyd edək ki, prezident Pyotr Poroşenkonun 2 mart 2015-ci ildə imzaladığı sərəncama əsasən Savçenkoya Ukraynanın milli qəhrəmanı adı verilib. Bundan əlavə, o Ukrayna Ali Radasının deputatıdır.