backend

Belə dəhşət görünmədi: Ata xərçəng xəstəsi oğlunu güllələdi, çünki…

Belə dəhşət görünmədi: Ata xərçəng xəstəsi oğlunu güllələdi, çünki…

Ata xərçəng xəstəsi olan oğlunu daha çox əziyət çəkməsin düşüncəsi ilə öldürüb. Cebhe.ino xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Kocaeli vilayətində baş verib. Ata oğlunu güllələyib. Polisin məlumatına görə, bağırsaq xərçənginə tutulan 23 yaşlı Fatih Biricik evdə müalicəsini davam etdirib. Ancaq ağrıları şiddətləndiyi zaman atası onun ağrılarına daha çox davam gətirə bilməyib. Salim Biricik oğlunun əziyyətinə dözməyərək evdə saxladığı silahla onu güllələyib. Hadisə barədə polisə onun həyat yoldaşı Lalehan Biricik xəbər verib. Ata silahla bərbər hadisə yerinə gələn polisə təslim olub.