backend

Həmid Abbasov Kürdəmirdə toxunulmaz şəxsə çevrilib

Həmid Abbasov Kürdəmirdə toxunulmaz şəxsə çevrilib
Kürdəmir Mollakənd Mexaniki Suvarama İdarəsinin müdiri Həmid Abbasov dövlətdən mənimsədiyi yüzminlərin hesabına mini oliqarxa çevrilib
Kürdəmirdən saytın elektron poçtuna daxil məlumata görə rayon əsas su idarələrindən biri hesab olunan Mollakənd Mexaniki Suvarma İdarəsinin müdiri Həmid Abbasov sözün həqiqi mənasında büdcədən mənimsədiyi vəsaitlər hesabına bölgəninin oliqarxlarından birinə çevrilib. Məlumatlarda göstərilir ki, Həmid Abbasov rəhbərlik etdiyi idarənin hesabına hər il yüz min manatlarla qanunsuz qazanc əldə edir və dövlət büdcəsinin talanı hesabına özünə böyük biznesa sahələri yaradıb.
Qeyd edək ki, Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsi su nasosları vasitəsi ilə Kür çayından Kürdəmir rayonunun 30-dan çox kəndinin su ilə təminatını və 40 min hektara yaxın əkin sahəsinin suvarılmasını həyata keçirir. İdarənin xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçi var.
Daxil olan məlumata əsasən idarə müdirinin qazanc yerlərindən biri nəzarətlərində olan kanalların lildən təmizlənməsi və il boyu bu kanalların cari təmir olunması an büdsədən külli-miqdarda vəsait silinir və bu vəsaitin böyük hissəsi Həmid Abbasov və yaxın ətrafı tərəfindən mənimsənilir. Bütün maliyyə fırıldaqlarının həyata keçirilməsində əsas fiqur isə Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsi müsahibidir.
Qeyd olunur ki, hər il Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinə keçən il 600 min manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin çox böyük hissəsi isə, Həmid Abbasov tərəfindən mal matrealların, mexaniki qurğular üçün ehtiyyat hissələri, elektirik avadanlıqlarının təmiri, mexanizmlər üçün ehtiyyat hissələrin alınmasına və suvarma şəbəkələrinin lildən təmizlənməsinə adı altında mənimsənilib. Bildirilir ki, alınan mal-materialların qiymətlərinin bir neçə dəfə şişirdilməsi ilə yanaşı, Həmid Abbasov həmçinin hər il sudan istifadə edənlər birliyindən vasitəsi ilə əhalidən toplanan külli-miqdarda vəsaiti mənimsəyir. Belə ki, su əhaliyə dövlət qiymətindən bir neçə dəfə artıq qiymətə satılır və həmin vəsait də idarə müdiri tərəfindən mənimsənilir.
Daxil olan məlumatda qeyd olunur ki, 2014-cü ildə Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinə 631 min 350 manat vəsait ayrılıb. Ayrılan vəsaitin 178 min manatı suvarma şəbəkələrinin lildən təmizlənməsi üçün nəzərdə tutulub. Yerdə qalan 465 min 750 manat isə nasos və elektrik mühəriiklərinin təmiri, ehtiyyat hissələrinin alınması, mexaniki avadanlıqlarının, tikinti matreallarının alınması üçün ayrılıb. Belə ki, İdarə müdiri Həmid Abbasovun hər il suvarma şəbəkələrinin lildən təmizlənməsi “əməliyyatından” yüz min manata yaxın qazanc əldə etdiyi bildirilir. Bundan başqa Sudan İstifadə Edənlər Birliyindən əldə olunan yüz min manatlarla su puluda idarə müdiri tərəfindən müxtəlif işlərin görülməsi adı altında silinərək mənimsənilir.
İnformasiyanı göndərən mənbəmiz iddia edir ki, hazırda Kürdəmir rayonunda ən varlı məmur “oliqarx” Həmid Abbasovdur. İdarə müdiri dövlət büdcəsindən əldə etdiyi milyonlar sayəsində çoxlu sayda obyektə, mala mülkə sahiblənib. Qeyd edək ki, Mollakənd Mexaniki Suvarma İdarəsinin müdiri Həmid Abbasovun həyata keçirdiyi maxinasiyalar və obyektləri barədə poçtumuza göndərilən ilginc informasiyanı araşdırdıqdan sonra yaxın günlərdə oxucularımız atəqdim edəcəyik.